Keçid linkləri

Təcili xəbərlər
2021, 15 İyun, çərşənbə axşamı, Bakı vaxtı 23:08

Rusiyalı azarkeşlərlə toqquşmadan sonra polis əməkdaşı həlak olub


Spartak Moskvanın azarkeşləri stadionda nasist bayrağı qaldırır, arxiv fotosu

İspaniyanın Bilbao şəhərində Spartak Moskva futbol klubu azarkeşləri ilə toqquşmalardan sonra ispaniyalı polis əməkdaşı həlak olub.

Hadisə Avropa Liqasının oyunu zamanı, fevralın 22-də axşam baş verib.

Dörd ay sonra Rusiyada futbol üzrə dünya çempionatı keçiriləcək deyə bu insident təhlükəsizlik sarıdan narahatlığı artırıb.

Rəsmilər polis əməkdaşının azarkeşlərlə toqquşmadan sonra xəstəxanada ürək tutmasından öldüyünü bildiriblər.

Bilbaoda San Mames stadionundakı insident zamanı bir rusiyalı xəsarət alıb, beş nəfər saxlanıb, onlardan üçü rusiyalı, iki ispandır.

Adı açıqlanmayan polis əməkdaşının ölüm səbəbinin dəqiqləşdirilməsindən ötrü autopsiya aparılacaq.

İspaniya liqası polis əməkdaşının ölümünü pisləyib. “Rusiya fanatikləri tarixçələrinə görə Bilbaoya getməməliydilər”, – liqanın prezidenti Javier Tebas “As” idman qəzetinə deyib.

XS
SM
MD
LG