Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Dekabr, şənbə, Bakı vaxtı 17:53

Kreml: Rusiyayla müttəfiqləri Qutadakı duruma cavabdeh deyil


Qutada yaralanmış qız

Rusiya Suriya paytaxtı Dəməşqin kənarındakı şərqi Qutada duruma görə məsuliyyət daşımır. Bunu Kreml fevralın 22-də bildirib.

Bu arada Moskvanın dəstəklədiyi hökumət qüvvələri üsyançıların nəzarətində olan Qutaya zərbələr endirməkdədir.

Məsuliyyəti terrorçuları dəstəkləyənlər daşıyır”, – Kremlin sözçüsü Dmitry Peskov jurnalistlərə deyib.

Bu kateqoriyadan olan dövlətlərə nə Rusiya, nə Suriya, nə də İran aiddir. Onlar ancaq Suriyadakı terrorçularla savaşırlar”, – o, sözlərinə əlavə edib.

BMT-nin baş katibi Antonio Guterres şərqi Qutada “bütün hərbi əməliyyatları” dərhal dayandırmağa çağırıb, burada əhalinin “yer üzündə cəhənnəmdə” yaşadığını bildirib.

*** Buna da bax: Almaniya Rusiya və İranı Suriya rejimini 'dayandırmağa' çağırır

“BU QIRĞIN PİSLƏNİLMƏLİDİR”

Almaniya kansleri Angela Merkel-sə Avropa Birliyini Suriyada zorakılığa son verməkdən ötrü Rusiya və İrana təzyiqi gücləndirməyə səsləyib.

Rejim terrorçularla deyil, öz əhalisiylə savaşır, uşaqları öldürür, xəstəxanaları dağıdır, bu qırğın pislənilməlidir”, – Merkel parlamentdə deyib.

Kanslerin sözlərinə görə, prezident Basha al-Assad-dan savayı, “İranla Rusiyanın da konkret məsuliyyəti” var, çünki hər ikisi hökumət qüvvələrini dəstəkləyir. O, Almaniyanın xarici işlər nazirinin rusiyalı həmkarıyla birbaşa danışmağı planlaşdırdığını söyləyib, AB-nin digər üzvlərini də bacardıqlarını etməyə çağırıb.

Artıq beşinci gündür Suriya hökuməti şərqi Qutaya zərbələr endirir, yeddi illik müharibə dövründə ən kəskin hava hücumlarından birini həyata keçirir.

*** Buna da bax: Suriya Afrinə ordu yeridir

Fevralın 22-də şərqi Qutaya 300-dən çox mərmi atılıb, 13 nəfər öldürülüb, 100 nəfər yaralanıb. Bunu Britaniyada mənzillənən Suriya İnsan Haqlarını Müşahidə təşkilatı bildirib.

Rusiyadan gələn xəbərlərə görə, Moskva Suriyaya son model Su-57 qırıcıları daxil olmaqla əlavə hərbi təyyarələr göndərib.

Günün bütün mövzuları

XS
SM
MD
LG