Keçid linkləri

Təcili xəbərlər
2018, 18 İyun, Bazar ertəsi, Bakı vaxtı 06:08

Bu gün, fevralın 22-si Azərbaycanın Rusiya ilə sərhədinə nişanların düzülməsinə başlanıb.

«Turan» agentliyinin xəbərinə görə, fevralın 22-də Azərbaycan və Rusiya arasında dövlət sərhədlərinin demarkasiyası üzrə dövlətlərarası birgə komissiyanın iclası başlayıb.

Demarkasiya müəyyən əraziləri, sahələri (əsasən, mübahisəli) xüsusi işarələrlə ayırmadır.

Komissiya üzvləri həmçinin, Qusar rayonunun Zuxul kəndi ərazisində Azərbaycanın Rusiya ilə dövlət sərhədində ilk sərhəd nişanının quraşdırılması mərasimində iştirak ediblər.

Mərasimdə Azərbaycan tərəfdən Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, xarici işlər nazirinin müavini Xələf Xələfov iştirak edib. Rusiyanı isə dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının sədri Vadim Postnov, Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin nümayəndə heyətinin rəhbəri Aleksey Buyerov təmsil edib.

Dövlət sərhədinin demarkasiyası işlərinin ən yaxın zamanda başa çatdırılacağı bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG