Keçid linkləri

Təcili xəbərlər
2018, 19 İyun, çərşənbə axşamı, Bakı vaxtı 18:21

Monteneqro ABŞ səfirliyinə intiharçı hücumu olduğunu təsdiqləyir


Səfirliyin ərazisi

Monteneqronun paytaxtı Podqoritsada naməlum bir şəxs ABŞ səfirliyinə əl qumbarası atıb, daha sonra özünü partladıb. Hökumət insidentin törədildiyini fevralın 22-də təsdiqləyib. Hadisə fevralın 21-də gecəyarısından az sonra baş verib.

“Naməlum bir şəxs partlayıcı maddəylə intiharçı hücumu törədib”, – hökumət Twitter-də saytında yazıb.

Hökumət səfirliyə atılan partlayıcının “daha çox” əl qumbarasına oxşadığını, təhqiqat aparıldığını bildirib.

www.portalanalitika.me portalının yazdığına görə, ərazidə yaşayanlar iki partlayış səsi eşidiblər.

Media polisin səfirlik ətrafındakı küçələri bağladığını yazır. Binaya hər hansı ziyan dəyməsi barədə informasiya yoxdur.

Polis intiharçının motivlərini bilmədiyini deyir. Səfirlik ABŞ vətəndaşlarını əraziyə yaxınlaşmamağa, paytaxtda gur yerlərdən kənar durmağa çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG