Keçid linkləri

Təcili xəbərlər
2018, 20 İyun, çərşənbə, Bakı vaxtı 00:26

MN: ‘Ermənistanın kvadrokopteri ələ keçirilib’


Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter ələ keçirilib. 21fev2018

Azərbaycan ordusunun Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopteri ələ keçirdiyi bildirilir.

Müdafiə Nazirliyinin məlumatında belə yazılır.

Məlumata görə, olay fevralın 21-də baş verib.

Nazirlik bildirir ki, Ermənistan silahlı qüvvələrinə aid kvarokopter təmas xəttinin Füzuli istiqamətində Azərbaycan ordusunun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərib.

Azərbaycanın hərbi bölmələrinin sayıqlığı nəticəsində kvadrokopterin vaxtında aşkar olunduğu, ələ keçirildiyi bildirilir.

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan silahlı qüvvələri üz-üzə vəziyyətdədir. Bu, münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib. Atəşkəs razılaşmasından sonra da cəbhədə tez-tez atəş səsləri eşidilməkdədir. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG