Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:28

Tələbələr yenidən aclıq aksiyasına başladılar


Noyabrın 21-də Müstəqil Azərbaycan Universitetinin (MAU) bir qrup tələbəsi Müsavat Partiyasının qərargahında aclıq aksiyasına başlayıb. İkinci kurs tələbələri olan gənclərin tələbləri təhsil hüquqlarının bərpa edilməsidir. Tələbələrin Hüquqlarını Müdafiə Komitəsinin nümayəndəsi Xalid Qarayevin sözlərinə görə, onlar Müsavat Partiyasının qərargahında beş gün aksiya keçirəcəklər. Daha sonra aclıq AXCP, ADP və Ümid partiyalarının qərargahlarında davam etdiriləcək. Cənab Qarayev bildirir ki, universitet rəhbərliyi onlara MAU-nun binasında aksiya keçirməyə imkan vermədiyindən, siyasi partiyalara müraciət ediblər.

Təhsil Nazirliyi MAU-nun lisenziyasını ləğv edəndən sonra yuxarı kurs tələbələrini başqa ali məktəblərə köçürüb. Nazirlik Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının apardığı imtahandan kənar MAU-ya qəbul olunan ikinci kurs tələbələrini başqa ali məktəblərə köçürməkdən imtina edib. Hazırda ikinci kurs tələbələri ilə Təhsil Nazirliyi arasındakı bu mübahisə məhkəmədə araşdırılır. Mübahisəyə dekabrın 11-də Binəqədi Rayon Məhkəməsində baxılacaq.


MAU-nun tələbələri eyni tələblə bu ilin sentyabr ayında da aclıq aksiyası keçirmişdilər.


XS
SM
MD
LG