Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Aprel, Cümə, Bakı vaxtı 23:55

Latviya mərkəzi bankının rəhbəri istefa verməyəcəyini deyir


Ilmars Rimsevics (sağda)

Latviya mərkəzi bankının rəhbəri özünə qarşı rüşvət ittihamlarını rədd edir, qarayaxma kampaniyasının qurbanı olduğunu və istefa verməyəcəyini bildirir.

İstefa verməmək qərarına gəlmişəm. Günahkar deyiləm”, – Ilmars Rimsevics fevralın 20-də söyləyib.

RİMSEVİCS-Ə QARŞI DƏLİL GÖSTƏRİLMİR

O, Riqada jurnalistlərə deyib ki, “Latviyanın bəzi kommersiya bankları ölkənin nüfuzunu zədələməkdən ötrü” onu hədəfə alıblar.

*** Buna da bax: ABŞ-ın ittiham etdiyi Latviya bankının Azərbaycanla da 'qanunsuz' işbirliyi olub

Ölkənin antikorrupsiya agentliyi ötən həftəsonu Rimsevics-i azı 100 min avro (125 min dollar) məbləğində rüşvət almaqda şübhəli bilərək saxlayıb. O, daha sonra zaminə buraxılıb.

Rimsevics bu vəzifəni 2001-ci ildən tutur və eyni zamanda Avropa Mərkəzi Bankının direktorlar şurasının üzvüdür.

Avropa Birliyinin üzvü olan Latviya pul vahidi kimi avrodan istifadə edir.

Antikorrupsiya agentliyi Rimsevics-ə qarşı ittihamların detallarını açıqlamasa da, AP agentliyi fevralın 19-da xəbər verib ki, Latviyanın Norvik bankı Mərkəzi Bank direktorunun uzun illərdir, ondan pul qoparmağa çalışdığını deyib.

Agentliyin verdiyi xəbərdə deyilir ki, Norvik Latviyadan beynəlxalq şikayət verib. Bu şikayətdə bildirilir ki, “bir yüksək vəzifəli Latviya rəsmisi” səlahiyyətlərini aşıb və Norvik bankdan rüşvət tələb edib. Norvik bankın rəhbəri Rusiyada doğulmuş Britaniya vətəndaşı Grigory Guselnikov-dur. Di gəl, onun Rimsevics-ə qarşı elə bir dəlil ortaya qoymadığı qeyd olunur.

İNFORMASİYA HÜCUMU EHTİMALI

Latviyanın Müdafiə Nazirliyi fevralın 20-də ingiliscə yaydığı bəyanatda bildirib ki, “Latviyaya qarşı kənardan təşkil olunan genişmiqyaslı informasiya hücumu ehtimalı da böyükdür”, məqsəd hökumətə inamı sarsıtmaq, oktyabra təyin olunmuş seçkilərə təsir göstərməkdir.

*** Buna da bax: Kreml Rusiya dövlətinin ABŞ seçkisinə müdaxilə etmədiyini deyir

Bəyanata görə, bu kampaniya “seçkilərdən öncə Fransa, Almaniya və Birləşmiş Ştatlarda müşahidə olunan informasiya əməliyyatlarına struktur və icra baxımından oxşardır”. Bu, açıq-aşkar Rusiyanın həmin ölkələrdə seçkilərə müdaxiləsi iddialarına eyhamdır.

Fevralın 20-də Twitter-də yazdığı mesajda ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauert Latviyanın antikorrupsiya cəhdlərinə Amerikanın dəstəyini bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG