Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Aprel, çərşənbə, Bakı vaxtı 16:27

Əfv komissiyası yenə 100-ədək müraciəti araşdırıb


Əfv (arxiv fotosu)

Azərbaycan prezidenti yanında Əfv Məsələləri Komissiyasının bu gün, fevralın 20-si növbəti toplantısı olub.

“Turan” agentliyinin xəbərinə görə, toplantıda əfv olunmasını istəyən 100-dən artıq məhbusun müraciəti incələnib.

Əfvlə bağlı araşdırılan bir çox müraciətlərə müsbət yanaşıldığı bildirilir.

Müraciətlərə baxılması başa çatdıqdan sonra uyğun sayılan siyahı ölkə başçısına təqdim edilməlidir.

Buna da bax: Ə.Nuriyev: 'Əfv olacağı istisna deyil'

Bu il əfv komissiyasının ilk toplantısı yanvarın 30-da keçirilmişdi. İndiyədək ümumilikdə 4 iclas keçirilib.

Komissiyaya əfv edilməsini istəyən 1000-dən artıq məhbusun müraciətinin daxil olduğu bildirilir. İndiyədək komissiyada onların yarıya qədərinə baxıldığı deyilir.

Xatırlatma

Prezident sonuncu dəfə də əfv fərmanını Novruz bayramı ərəfəsində, 2017-ci il martın 16-da imzalayıb. Həmin əfv fərmanı 423 nəfərə şamil olunub. Onların içərisində bir neçə şəxs hüquq müdafiəçilərinin siyası məhbus siyahılarında yer alırdı.

Novruz bayramı ərəfəsində yeni əfv sərəncamının imzalanması gözləntisi var.

Hüquq müdafiə təşkilatları Azərbaycanda ümumilikdə 150 civarında siyasi məhbusun olduğunu bildirirlər.

Ancaq Azərbaycan rəsmiləri ölkədə siyasi məhbus olması fikrini qəbul etmirlər. Rəsmilər deyillər ki, siyasi məhbus sayılan şəxslər törətdikləri əmələ görə, məsuliyyətə cəlb ediliblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG