Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:34

Azərbaycan Cənub Qaz Dəhlizinin ilk fazasını iyulda açacaq


Cənub Qaz Dəhlizinin təməlqoyma mərasimi
Cənub Qaz Dəhlizinin təməlqoyma mərasimi

Azərbaycandan Avropaya çəkilən Cənub Qaz Dəhlizi (SGC) kəmərinin birinci mərhələsi iyulda açılacaq, 2020-ci ildə tam istismara veriləndən sonra genişləndirilə də bilər. Bunu SOCAR dövlət neft şirkəti bildirir.

SGC-yə daxil üç kəmər – Trans-Adriatik Kəməri (TAP), Gürcüstandan keçən Cənubi Qafqaz Kəməri və Türkiyə ərazisindən Trans-Anadolu Kəməri (TANAP) Azərbaycanın nəhəng Şah Dəniz yatağından qazı Avropadakı bazarlara çatdıracaq ilk birbaşa marşrut olacaq.

İLK QAZ İYULUN ƏVVƏLİNDƏ YOLA SALINACAQ

“Bu il iyulun əvvəlində TANAP vasitəsiylə Türkiyəyə qazın ilk kommersiya həcmini göndərməyə başlayacağıq”, – SOCAR-ın vitse-prezident müavini Vitali Bəylərbəyov “Reuters” informasiya agentliyinə deyib.

*** Buna da bax: Prezident 'Cənub Qaz Dəhlizi'nin xeyrindən danışıb

Agentlik yada salır ki, 40 milyardlıq dəhlizin son hissəsi olan, 870 kilometrlik TAP İtaliyada ətraf mühit fəallarının narazılığını yaratmışdı.

Bu ayın əvvəlində Avropa İnvestisiya Bankı TAP-a 1,5 milyard avro (1,9 milyard dollar) kredit ayrılmasını təsdiqləyib.

Bəylərbəyovun deməsinə görə, əməliyyat konsorsiumu layihə üçün maliyyə axtaracaq.

“İndi deyə bilərik ki, kəmər 2020-ci ildə, vaxtında işə salınacaq”, – SOCAR rəsmisi vurğulayıb.

Şah Dəniz yatağından 2006-cı ildən qaz çıxarılır və hasilat gücü 8 milyard kubmetrdir. Şah Dəniz 2-dən hasilatın isə ildə 16 milyard kubmetrə çatdırılacağı gözlənir. Bunun 10 milyard kubmetri Avropaya, 6 milyardı Türkiyədə gedəcək.

ÜMİDVERİCİ YATAQLAR

Bəylərbəyov deyib ki, Azərbaycanda ümidverici yeni qaz yataqları işlənərsə, dəhliz genişləndirilə bilər. O, Abşeron qaz yatağının adını çəkib. SOCAR bu yataqda Fransanın Total neft şirkətiylə qazıntı aparır. Digər yataqsa Norveçin Statoil şirkətiylə işlənəcək Qarabağdır.

*** Buna da bax: HRW AB diplomatını Azərbaycana sərt mesaj verməyə çağırır

SOCAR rəsmisinin sözlərinə görə, Ümid və Babək yataqları da işlənə bilər.

Bir çox xarici şirkətlər SOCAR-la birlikdə Ümid və Babək yataqlarının işlənməsinə maraq göstərir və onlarla danışıqlar aparırıq”, – o, danışıqların detallarını açıqlamadan vurğulayıb.

Abşeron yatağında növbəti qazma mərhələsi bu ay başlanmalıdır, hasilat isə 2020-ci ilə planlaşdırılır. Bu yataqda azı 350 milyard kubmetr qaz və 45 milyon ton kondensat olduğu bildirilir.

Bəylərbəyovun deməsinə görə, SOCAR-la Statoil Qarabağ ofşor neft-qaz yatağı üzrə razılaşmanı bu il imzalaya bilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG