Rusiyanın Dağıstan regionunun müsəlman rəhbərliyi pravoslav kilsəsində beş nəfərin ölümüylə nəticələnmiş hücumu pisləyib, şübhəlinin “əsl İslamla heç bir bağlılığı olmadığını” bildirib.
Fevralın 19-da yaydığı bəyanatda regionun baş müftisi hücum zamanı ölənlərin qohumlarına və dostlarına başsağlığı verib.
Fevralın 18-də Dağıstanın Kizlyar şəhərindəki kilsəyə silahlı hücum edib, beş qadın öldürülüb, dörd nəfər yaralanıb. Hadisə Maslenitsa bayramı zamanı törədilib.
Silahlı təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilib.
Hücuma görə məsuliyyəti İslam Dövləti (İŞİD) silahlı qruplaşması üzərinə götürüb, amma bu iddianı əsaslandıracaq dəlil ortaya qoymayıb.