Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 15:56

Lavrov yenə Qərbi ittiham edir


Sergei Lavrov

Rusiyanın xarici işlər naziri Sergei Lavrov Birləşmiş Ştatlar və bəzi Avropa ölkələrini Balkanlarda Şərq-Qərb gərginliyini qızışdırmaqda suçlayıb. Qeyd edək ki, Lavrov bu həftə Serbiyaya səfər edəcək.

Fevralın 19-da Serbiyanın Beta xəbər agentliyinə müsahibəsində Lavrov deyib ki, Qərbdəki “antirusiya” dövlətləri Balkan ölkələrini AB və NATO-ya üzvlük şərti kimi “ya Qərblə, ya da Rusiyayla” birlikdə olmaq arasında seçim etməyə məcbur edirlər.

Lavrov Serbiyanın N1 TV yayımçısına deyib ki, Balkan ölkələrini tərəf seçməyə məcbur etmək “çox yanlış siyasətdir”. Nazirin sözlərinə görə, Rusiya Serbiya kimi Balkan ölkələrində maraqlarını və əlaqələrini saxlamaq istəyir.

Avropa Birliyi bu yaxınlarda 2025-ci ilədək Serbiya və Monteneqronu quruma daxil etmək niyyətini açıqlayıb. Blok bundan ötrü bir sıra şərtlər qoyub – hüququn aliliyinin, fundamental hüquqların təminatı, regional ərazi mübahisələrinin həlli və sairə. Amma üzvlük şərti kimi antirusiya siyasətinin aparılması bir tələb kimi açıq bəyan şəkildə irəli sürülməyib.

Serbiya isə Moskvayla sıx əlaqələr yaradır, AB-nin Rusiyaya Ukraynaya təcavüzə görə qoyduğu iqtisadi sanksiyalara qoşulmayacağnı deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG