Keçid linkləri

Təcili xəbərlər
2019, 19 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 02:21

ATƏT-in qiymətləndirmə missiyası gəlir


ATƏT missiyası

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Azərbaycanda seçkiqabağı vəziyyəti öyrənmək məqsədi ilə öz qiymətləndirmə missiyasını göndərəcəyi bildirilir.

“Turan” Agentliyinin xəbərinə görə, bu barədə DTİHB-nin məlumatında qeyd edilir.

Məlumata görə, missiya Bakıda fevralın 21-i və 22-də olacaq.

Missiyanın səfərin yekunlarına dair məruzəsi sonrakı iki həftə ərzində hazır olmalıdır.

Buna da bax: Bakı ATƏT-i seçkilərə dəvət edib

Avropa Birliyinın Azərbaycan nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas ötən həftə Azərbaycan tərəfinin ATƏT-in DTİHB-yə dəvətnamə göndərdiyini açıqlamışdı.

Azərbaycanda keçirilən son seçkiləri (2015-ci ildə keçirilən parlament seçkilərini) DTİHB müşahidə etməmişdi. O vaxt buna səbəb kimi müşahidəçilərin sayı ilə bağlı razılıq əldə edilməməsi göstərilmişdi. Azərbaycan hökumətinin təmsilçiləri müşahidəçilərin sayının çox olduğunu deyirdilər.

Xatırlatma

Bu il Azərbaycanda prezident seçkiləri keçiriləcək. Seçki prezident İlham Əliyevin istəyi ilə 6 ay önə çəkilib. Aprelin 11-nə təyin edilən seçkilər oktyabrda keçirilməli idi.

Mərkəzi Seçki Komissiyasından (MSK) verilən məlumata görə, artıq, 12 nəfərin namizədliyi təsdiq edilib.

Bir sıra müxalif qüvvələr-Milli Şura, Müsavat Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası seçkilərin azad və ədalətli keçirilməsindən ötrü şəraitin olmadığını bəyan edərək onu boykot ediblər. Liderləri hazırda həbsdə olan REAL Hərəkatının təmsilçiləri də vurğulayıblar ki, vəziyyət dəyişməyəcəksə, seçkilərə qatılmayacaqlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG