Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:00

Azərbaycanlı diplomat Ermənistan prezidentinə sual verdi [Audio]


Serzh Sarkisian (Arxiv)
Serzh Sarkisian (Arxiv)

Fevralın 17-də Almaniyadakı konfransda azərbaycanlı diplomat Ermənistan prezidentinə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sual verib.

Münxendə düzənlənən Təhlükəsizlik Konfransında Azərbaycanın Almaniyadakı səfirliyinin birinci katibi Sədi Cəfərov və Ermənistan prezidenti Serj Sarkisyan qarşılıqlı ittihamlar səsləndiriblər.

Bu,"Rusiya və Avropa arasındakı" ölkələrə aid müzakirələr zamanı baş verib.

Gözlə

No media source currently available

0:00 0:06:03 0:00
Direct-ə keçid

Sədi Cəfərov Sarkisyana ünvanladığı sualda soruşub ki, "Cənab prezident, sizcə, Ermənistan Cənubi Qafqazda reallaşdırılan regional inkişaf layihələrdən, xüsusən enerji və nəqliyyat layihələrindən niyə kənarda qalıb? Əgər Qarabağ problemi olmasaydı, Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal olunmasaydı, etnik təmizləmə siyasəti yürüdülməsəydi, yəqin bu gün Ermənistan həmin layihələrdən bəhrələrdi. Mən özüm Qarabağ kökənliyəm. Siz anlamalısız ki, Qarabağ problemi həll olunmasa, Azərbaycan əhalisi öz yurdlarına qayıtmasa, Ermənistan belə layihələrdə iştirak edə bilməyəcək. Mənim sualım odur ki...".

Bu yerdə tədbirin moderatoru azərbaycanlı diplomatın sözünü kəsib və ona "iki suala vaxtımız yoxdur" deyib.

Sədi Cəfərov buna baxmayaraq sualını səsləndirib: "Mənim sualım odur ki, Ermənistan həmin layihələrə nə vaxt qoşulmağı planlayır və mən öz torpağıma nə vaxt qayıda biləcəm?"

Sarkisyan suala görə təşəkkürünü bildirəndən sonra deyib ki, "Azərbaycan rəhbərliyi ayılmalı", Qarabağla bağlı "qeyri-real gözləntilərdən əl çəkməlidir".

"Siz azad yaşamaq istəyirsiz, mən sizi əmin edirəm ki, Qarabağ xalqı da (Ermənistan Dağlıq Qarabağdakı qondarma separatçı rejimi dövlət sayır - red.) azad yaşamaq istəyir. Onlar öz tarixi vətənlərində yaşamaq istəyirlər".

Sarkisyan 1991-ci ildə Qarabağda keçirilən "müstəqillik referendumu"nu xatırladıb, deyib ki, bu "sivil seçimlə" "erməni xalqı öz seçimini edib".

Azərbaycan rəhbərliyi dəfələrlə bildirib ki, Qarabağda ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək.

Buna da bax: ABŞ kəşfiyyatı bu il Dağlıq Qarabağ münaqişəsini necə görür

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG