Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 11:50

İcbari tibbi sığorta Ağdaşda da tətbiq ediləcək


Arxiv fotosu

İcbari tibbi sığorta Ağdaş rayonunda da tətbiq ediləcək.

Bu, prezident İlham Əliyevin fevralın 16-da imzaladığı icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin genişləndirilməsi haqda fərmanda nəzərdə tutulur.

Sənəddə həmçinin, “Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında” prezidentin 2016-cı ildə imzaladığı fərmana dəyişiklikləri nəzərdə tutur.

Fərmana görə, icbari tibbi sığortanın tətbiqi pilot layihə olaraq Ağdaş rayonunun inzibati ərazisində də həyata keçiriləcək. Habelə Mingəçevir və Yevlax inzibati ərazilərində davam etdiriləcək.

Buna da bax: Həkimlərin maaşı artıb - Mingəçevir və Yevlaxda...

Bundan ötrü İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə dövlət büdcəsindən ümumilikdə 18 milyon 320 min manat ayrılacaq.

Həmin agentlik Ağdaş rayonunda icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar pilot layihənin həyata keçirilməsini təmin etməlidir.

Xatırlatma

Azərbaycanda «İcbari tibbi sığorta haqqında» Qanun 18 il əvvəl qəbul edilib. Ancaq indiyə kimi bütün ölkədə tətbiq edilməyib.

Prezident İlham Əliyev hələ 2007-ci il dekabrın 27-də Nazirlər Kabineti yanında Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaradılması ilə bağlı sərəncam verib. Dövlət başçısı bir də bundan 9 il sonra, fevralın 15-də bu agentliyin əsasnaməsini təsdiq edib.

Buna da bax: Dünyada tibbi sığorta belə işləyir

Ötən ildən Azərbaycanda icbari tibbi sığorta sistemi pilot şəhərlərdə (Mingəçevir və Yevlax) tətbiq edilməyə başlayıb. 2018-ci ilin büdcə layihəsinin müzakirələrində hökumət təmsilçiləri deyiblər ki, bu məsələnin yalnız 2019-cu ildə tam reallaşacağına ümid edirlər.

Üstəlik, bir çox xəstəliklərin müayinə və müalicəsi icbari tibbi sığorta paketinə daxil edilməyib. Söhbət onkoloji, xroniki böyrək çatışmazlığı və şəkərli diabet xəstəliklərindən gedir.

Günün bütün mövzuları

XS
SM
MD
LG