Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:13

Novella Cəfəroğlu: ‘Ramil Usubovla ünsiyyət qurmaq asandır’


Novella Cəfəroğlu
Novella Cəfəroğlu

“Həm qabaqdan prezident seçkiləri gəlir, həm də Azərbaycan Cümhuriyyətinin yüzilliyidir. Onun üçün də əminik ki, həm amnistiya, həm də fərmanı olacaq”.

“Turan” agentliyinin xəbərinə görə, bu sözləri Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu söyləyib.

Ancaq o, bunların məhz Novruz bayramında olacağına əmin deyil.

“Novruz bayramında bir qisim adam azadlığa çıxacaq. Amma hesab edirəm ki, bu ilin axırına qədər həm əfv, həm də amnistiya olacaq”, – deyən hüquq müdafiəçisi hesab edir ki, bununla siyasi məhbus sayılan şəxslərin məsələsi yoluna qoyulacaq.

Buna da bax: Ə.Muxtarlı: 'Azad ediləcəyimi gözləmirəm'

“Bu gün onların heç biri bu hakimiyyətə heç bir zərər gətirə bilməz. Jurnalist yazı yazmalıdır, həmişə də yazacaq. İstəsələr də, istəməsələr də jurnalist yazısını yazacaq. Həbsdə olan jurnalistlər də azad edildikdən sonra yenə yazacaqlar. Hakimiyyət bunu bilməlidir və razılaşmalıdır ki, jurnalist tənqid etməlidir”.

Hüquq müdafiəçisi hesab edir ki, ölkədəki problemləri hökumətlə dialoq yolu ilə həll etmək daha doğrudur.

Buna da bax: 'Siyasi məhbus'ların 19 nəfəri jurnalist və bloqqerdir

“Beynəlxalq təşkilatlar bəyanat verməklə daha çox qıcıq yaradırlar. Amma dialoqla hər şeyi həll etmək olar. Bir az da hökumət bizə tərəf addım atmalıdır. Hökumət qulaq asır. Çox məsələləri elə Daxili İşlər Nazirliyi ilə həll edirik. Ramil Usubovla (daxili işlər naziri) ünsiyyət qurmaq asandır. Çox məsələlərdə, sadə insanların məsələlərində biz Ramil Usubovun (daxili işlər naziri - red.) yanına gedib həll edirik. Ya da baş prokuror Zakir Qaralovun komandası ilə, Rüstəm Usubovla (baş prokurorun birinci müavini - red.) çox məsələləri həll edirik. Bunlar vacibdir və lazımdır”, – o, bildirib.

Buna da bax: 'Siyasi məhbus' siyahısı yenilənib – 161 nəfər…

Xatırlatma

Novruz bayramı ərəfəsində yeni əfv sərəncamının imzalanması gözləntisi var.

Bu gözləntilər yanvarın sonundan Azərbaycan prezidenti yanında Əfv Məsələləri Komissiyası toplantılarının keçirilməsindən sonra daha da artıb.

Eyni zamanda hakim Yeni Azərbaycan Partiyasının təmsilçiləri də əfv və amnistiyanın ola biləcəyini açıqlayıblar.

Prezident sonuncu dəfə də əfv fərmanını Novruz bayramı ərəfəsində, 2017-ci il martın 16-da imzalayıb. Həmin əfv fərmanı 423 nəfərə şamil olunub. Onların içərisində bir neçə şəxs hüquq müdafiəçilərinin siyası məhbus siyahılarında yer alırdı.

Yerli hüquq müdafiəçilərinin bildirməsinə görə, ölkədə 150 civarında siyasi məhbus var. Amma rəsmilər ölkədə siyasi məhbus olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər konkret əməllərinə görə məsuliyyətə cəlb ediliblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG