Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 00:11

Knesset “erməni soyqırımı”nı tanımaq barədə qanunu qəbul etməyib


İsrailin baş naziri Benjamin Netanyahu (sağda) Ermənistanın xarici işlər naziri Edward Nalbandian ilə, noyabr, 2017-ci il

İsrail parlamenti - Knesset erməni soyqırımının tanınmasına dair Yeş Atid partiyasının sədri Yair Lapidin təqdim etdiyi qanun layihəsini qəbul etməyib.

“Jerusalem Post” qəzeti xəbər verir ki, qanunvericilik təklifi ilk oxunuşda rədd edilib.

Lapid fevralın 14-də deyib ki, “Holokostu görmüş bir milləti təmsil edən Knessetin erməni soyqırımının tanınmasına dair qanunu rədd etməsində heç bir məntiq yoxdur”.

*** Buna da bax: Ermənistan İsraildən nə umduğunu açıqladı

Lakin İsrail xarici işlər nazirinin müavini Tzipi Hotovely bildirib ki, İsrail parlamenti Ermənistana soyqırımın 100 illiyinin yadetmə mərasiminə nümayəndə heyəti göndərmişdi, lakin ölkənin bu məsələdə hər hansı mövqe tutmasının mürəkkəb diplomatik nəticələri ola bilər.

Nazir müavininin sözlərinə görə belə bir qərarın aşkar siyasi bağlılıqları var.

2015-ci ildə Knessetin spikeri Yuli Edelstein hökuməti erməni soyqırımının tanınması məsələsində mövqeyini dəyişməyə çağırmışdı.

2016-cı ildə Knessetin təhsil komitəsi 1915-ci il erməni soyqırımını tanımaq barədə qərar qəbul etmişdi.

Ermənistan 1915-ci ildə Osmanlı İmperiyasında ermənilərin qətlini soyqırımı kimi tanıtdırmağa çalışır. Türkiyə bunun soyqırımı olduğunu qəbul etmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG