Keçid linkləri

Təcili xəbərlər
2018, 23 May, çərşənbə, Bakı vaxtı 16:58

Tatarıstanın səhiyyə naziri işdən çıxarılıb


Adel Vafin

Rusiyanın Tatarıstan regionunun səhiyyə naziri Adel Vafin vəzifəsindən kənarlaşdırılıb. Bundan bir neçə gün öncə maliyyə cinayətlərinə görə ev dustaqlığında olan müavini evində ölü tapılıb.

Tatarıstanın hökumət rəsmiləri fevralın 14-də deyiblər ki, Vafin başqa mövqeyə keçməsiylə əlaqədar vəzifəsindən kənarlaşdırılıb.

Yeddi gün öncə Tatarıstanın səhiyyə nazirinin 52 yaşlı müavini Yelena Shishmaryova paytaxt Kazandakı evində dünyasını dəyişib.

Vafin müavininin ölümünü “əsl faciə” adlandırıb, deyib ki, Tatarıstan “yüksək səviyyəli peşəkarı itirib”.

Shishmaryova fevralın 3-də ev dustağı edilib, ona maliyyə fırıldağı və vəzifəsindən sui-istifadə ittihamı irəli sürülüb. Onun ölümü hazırda araşdırılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG