Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:32

'Cənub Qaz Dəhlizi'nin Məşvərət Şurası toplanır


Qaz anbarı

Sabah, fevralın 15-də Bakıda keçiriləcək «Cənub Qaz Dəhlizi»nin Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasına hazırlıq işləri yekunlaşıb.

Bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Görüşdə Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç , ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi vəzifəsini icra edən Syu Saarnio iştirak edəcək.

Bundan başqa, Böyük Britaniya baş nazirinin Azərbaycan üzrə ticarət elçisi baronessa Emma Nikolson da qonaqlar arasındadır.

Habelə, bir sıra ölkələrin də təmsilçiləri toplantiya qatılacaqlar.

Beynəlxalq maliyyə qurumlarından isə tədbirə Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW Bankı, Dünya Bankı və Çoxtərəfli İnvestisiya Zəmanət Agentliyi öz nümayəndələri ilə qatılacaq.

Xatırlatma

«Cənub Qaz Dəhlizi»nin Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı isə ötən il fevralın 23-də keçirilib.

«Cənub Qaz Dəhlizi» layihəsi Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutur. Bu ilin sonlarında bu layihə çərçivəsində Azərbaycan qazının Türkiyəyə, sonrakı illərdə isə Avropaya nəqli gözlənilir.

Bu layihə çərçivəsində hasil ediləcək qaz ünvanlara Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanistan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizin dibindən keçməklə İtaliyaya qədər 3500 kilometrdən artıq uzanan boru vasitəsilə çatdırılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG