Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Aprel, çərşənbə, Bakı vaxtı 14:45

2018-ci ilin yanvarda bütün maliyyə mənbələrindən əsas kapitala 960.3 milyon manat yönəldilib.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatında belə yazılır.

DSK bildirir ki, bu vəsaitin 362.7 milyon manatı və ya 37.8 faizi qeyri-neft sektoruna sərf edilib.

«Ümumi sərmayənin 72.4 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə xərclənib. İstifadə olunmuş vəsaitin 83.5 faizi məhsul istehsalı obyektlərinin, 11 faizi xidmət sahələri üzrə obyektlərin, 5.5 faizi isə ümumi sahəsi 121 min kvadratmetr olan yaşayış evlərinin tikintisinin payına düşüb. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 52.1 faizini təşkil edib», - məlumatda vurğulanır.

DSK bildirir ki, əsas kapitala yönəldilən sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 81.4 faizdir.

«Bank kreditləri 6.7 faiz, büdcə vəsaitləri 6.1 faiz, əhalinin şəxsi vəsaitləri 5.2 faiz, büdcədənkənar fondların vəsaitləri isə 0.6 faiz təşkil edib», - məlumatda qeyd edilir.

DSK-nın məlumatına görə, ötən ilin yanvarında isə bütün maliyyə mənbələrindən əsas kapitala 954.2 milyon manat yönəldilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG