Keçid linkləri

Təcili xəbərlər
2018, 27 Aprel, Cümə, Bakı vaxtı 08:37

Niderland lideri etimad səsverməsindən çıxa bilib


Halbe Zijlstra

Ötən gecə Niderlandın baş naziri Mark Rutte-yə etimad səsverməsi keçirilib. Səsvermədən bir neçə saat öncə onun xarici işlər naziri istefa verib, çünki Rusiya prezidenti Vladimir Putin-lə görüşü barədə yalan danışdığını etiraf edib.

Nazir Halbe Zijlstra fevralın 13-də parlamentdə deyib ki, 2006-cı ildə Putin-in Avropada “Böyük Rusiya” yaratmaq olanları barədə danışdığını şəxsən eşidib, amma bu haqda yalan danışıb. O, istefa versə də, müxalifətdən olan deputatlar parlamentin aşağı palatasında etimad səsverməsi keçiriblər, amma 101-43 səs çoxluğuyla hökumət qazanıb.

Səsvermədən öncə Rutte deputatlara Zijlstra-nın yalanı barədə niyə parlamenti bilgiləndirməməsini izah edib. “Bu işin belə siyasi fəsadı olacağını düşünmürdüm. Bu yalanın təsirini yüksək dəyərləndirmədim”, – o deyib.

Zijlstra bu məsələnin onun nüfuzuna zərbə vurduğunu və bundan sonra vəzifədə qala bilməyəcəyini söyləyib.

Zijlstra-nın deməsinə görə, 2006-cı ildə bir görüşdə Putin Belarusu, Ukraynanı və Baltik ölkələrini “Böyük Rusiya”nın tərkib hissəsinə saydığını söyləyib. Amma o, fevralın 12-də həmin görüşdə olmadığını, bunu başqasından eşitdiyini deyib.

Nazir Putin-in bəyanatlarını geosiyasi baxımdan mühüm saydığından bu barədə açıq danışmağa başladığını vurğulayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG