Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Noyabr, çərşənbə, Bakı vaxtı 07:39

Rusiya Suriyanın enerji obyektlərinin bərpasına kömək edəcək


Aleksandr Novak

Rusiya Suriyaya müharibədə dağılmış enerji obyektlərinin bərpasına kömək etməyi planlaşdırır. Bunu Rusiyanın enerji naziri Aleksandr Novak deyib.

Yol xəritəsi imzalamışıq, təkcə elektrik sahəsində deyil, neft-qaz sahəsində də. Neft yataqlarının bərpası, yeni yataqların işlənməsi nəzərdə tutulur”, – fevralın 13-də Rusiya agentlikləri Novak-a istinadla yazıblar.

Rusiya Suriyada yeddi ildir gedən vətəndaş müharibəsində prezident Bashar al-Assad-ı dəstəkləyir.

Rusiyanın enerji nazirliyi vebsaytında bildirib ki, ötən həftə “Suriyada yeni enerji obyektlərinin reabilitasiyası, modernləşdirilməsi və tikintisi üzrə” razılaşma imzalanıb.

Dekabrda Rusiyadan nümayəndə heyəti Dəməşqə səfər edərək Assad-la investisiya və yenidənqurma məsələlərini müzakirə ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG