Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Noyabr, bazar, Bakı vaxtı 15:20

Regional hərbi liderlər Kabilə yığışır


Əfqanıstandakı taliban yaraqlıları, arxiv fotosu

Bir neçə qonşu ölkənin hərbi liderləri Əfqanıstan paytaxtı Kabilə yığışıb. Pakistanın da iştirak etdiyi konfransda terrorçuluqla mübarizə yolları müzakirə olunacaq.

Rəsmi məlumata görə, toplantıya Pakistanın baş qərargah rəisi, general Qamar Javed Bajwa, bir sıra Orta Asiya ölkələrindən hərbi liderlər qatılacaq.

ABŞ Mərkəzi Komandanlığının rəhbəri, general Joseph Votel, Birləşmiş Ştatların Əfqanıstandakı qüvvələrinin komandiri, general John Nicholson-un da konfransda iştirakı gözlənir.

Bajwa-nın iştirakı özəlliklə vacib sayılır. Çünki son vaxtlar Əfqanıstan və ABŞ rəsmiləri Pakistandan ölkədəki yaraqlılara qarşı tədbir görməyi tələb edirlər.

İslamabad isə Əfqanıstana hücum edən yaraqlı qruplara sığınacaq vermədiyini deyir.

XS
SM
MD
LG