Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Dekabr, Cümə, Bakı vaxtı 15:31

Mərkəzi Bank uçot dərəcəsini endirdi


Mərkəzi Bank

Bu gün, fevralın 12-də Mərkəzi Bank (MB) uçot dərəcəsini endirib.

İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 15 faizdən 13 faizə düşürülüb. Habelə, faiz dəhlizinin yuxarı həddi 18-dən 16-ya, aşağı həddi isə 10-dan 8-ə endirilib.

MB-dan yayılan məlumata görə, faiz dəhlizinin parametrləri haqda qərar faktiki ortaillik inflyasiyanın birrəqəmli trayektoriyaya daxil olması, inflyasiyanın azalmasına dair proqnozlar və xarici balansın yaxşılaşması nəzərə alınmaqla qəbul edilib. Mərkəzi Bank hətta faiz dərəcələrinin real səviyyəsini pozitiv zonada saxlamaqla bundan sonra da azaldılmasını mümkün hesab edir. Qiymətləndirmələrə əsasən, yeni iqtisadi siklə adekvat olaraq, neytral pul siyasətinə tədrici keçid iqtisadi aktivliyə müsbət təsir edəcək.

Faiz dəhlizinin parametrlərinın dəyişdirilməsi haqqında qərarı qəbul edərkən Mərkəzi Bankın İdarə Heyəti xarici və daxili mühitdə baş verən bir sıra prosesləri nəzərə aldığını açıqlayıb. Bura xarici mühit, valyuta bazarı, monetar (pul) şərait, inflyasiya prosesləri və iqtisadi aktivlik aid edilib.

«Mərkəzi Bank bundan sonra da iqtisadiyyatda və maliyyə bazarlarında baş verən prosesləri diqqətlə izləməyə davam edəcək. Öz səlahiyyətləri çərçivəsində sərəncamında olan alətlərlə qiymətlərin sabitliyini təmin etməyə çalışacaq», - məlumatda vurğulanır.

Faiz dəhlizinin parametrləri Mərkəzi Bankın İdarə Heyətində növbəti dəfə 2018-ci ilin aprelində müzakirə ediləcək.

Ötən il Azərbaycanda inflyasiyanın 13 faizə yaxın olduğu açıqlanmışdı. Bu ilin yanvarında inflyasiyanın azaldığı bildirilir.

Xatırlatma

Mərkəzi Bankın İdarə Heyəti faiz dəhlizləri məsələsinə bundan əvvəl ötən il noyabrın 15-də baxmışdı. Həmin vaxt Mərkəzi Bank uçot dərəcəsinin və faiz dəhlizinin digər parametrlərinin dəyişməz saxlanılması barədə qərar qəbul etmişdi.

Avqust ayında da uçot dərəcəsi və likvidlik əməliyyatları üzrə faiz dəhlizinin yuxarı həddi dəyişməz saxlanılmışdı. Amma faiz dəhlizinin aşağı həddi 12-dən 10 faizə endirilmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG