Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyun, Cümə axşamı, Bakı vaxtı 14:27

Pakistanın tanınmış hüquq müdafiəçilərindən və vəkillərindən olan Asma Jehangir 66 yaşında dünyasını dəyişib. Qızı Muneeze onun ürək tutmasından Lahorda xəstəxanaya aparıldığını və orada vəfat etdiyini bildirib.

Jehangir Pakistanın İnsan Haqları Komissiyasının birgə təsisçisi və Ali Məhkəmənin Vəkillər Kollegiyasının prezidenti olub.

O, BMT-nin insan haqları üzrə xüsusi məruzəçisi postunda çalışıb.

Baş nazir Shahid Khaqan Abbasi bəyanatında Jahangir-in hüququn aliliyi, demokratiya və insan haqlarının təminatı sahəsindəki töhfələrini alqışlayıb.

Nobel Sülh Mükafatı laureatı Malala Yousafzai onu “demokratiya və insan haqlarının keşikçisi” adlandırıb.

Demokratiya tərəfdarı olan Jahangir Pakistanın güclü hərbi isteblişmentinin və islamçı ekstremistlərin qatı tənqidçisi idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG