Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Aprel, Bazar ertəsi, Bakı vaxtı 21:10

Azərbaycanlı akademik: “Belə qasırğalardan minlərlə görmüşük”


Xəzər dənizi, "Süd qasırğası". Bakı, Ağ Şəhər bulvarı. 11fev2018

"Xəzərdəki "süd qasırğası"nın balıqlara faydası var"

Amerikanın NASA aerokosmik agentliyi Xəzər dənizində "süd qasırğası" adlanan anomal prosesin görüntüsünü yayıb.

Məlumatda deyilir ki, külək suyu qarışdırdığından dənizin dibindəki çöküntülər üzə qalxır və nəticədə dənizin bir hissəsi süd rənginə çalır.

Təbii proses Türkmənistan sahillərində qeydə alınıb.

Alimlərin “süd qasırğa”sının balıqçılığa mənfi təsiri ilə bağlı araşdırma aparmaq niyyətində olduqları bildirilir.

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov AzadliqRadiosuna deyir ki, bu, obrazlı təsvirdən başqa bir şey deyil.

“NASA-nin məlumatını jurnalist sadəcə, obrazlı şəkildə ifadə edib. Əslində, bu, Xəzər dənizinin dayaz yerlərində güclü külək olanda baş verən hadisədir. Külək dibdəki qumu qarışdırıb qaldırır səthə və süd rənginə oxşar bir şey yaranır, vəssalam”.

Ramiz Məmmədov “süd qasırğa”sının sahil ölkələrinə heç təhlükə yaratmadığını bildirir:

“Bu cür hadisələrdən minlərlə görmüşük. Əksinə, belə qarışmalar olanda qida maddələri üzə çıxır və balıqlar üçün faydalı olur”.

Günün bütün mövzuları

XS
SM
MD
LG