Keçid linkləri

Təcili xəbərlər
2018, 17 İyul, çərşənbə axşamı, Bakı vaxtı 02:23

Prezidenti İlham Əliyev fevralın 10-da Vatikanın xarici dövlətlərlə əlaqələr üzrə katibi, arxiyepiskop Paul Richard Gallagherin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, dövlət başçısı İlham Əliyev Roma Papası I Fransiskin iki il əvvəl Azərbaycana səfərini tarixi hadisə kimi dəyərləndirib və özünün Vatikana rəsmi səfərini xatırladıb.

İ.Əliyev belə yüksək səviyyəli görüşləri Azərbaycan ilə Vatikan arasında sıx əlaqələrin göstəricisi adlandırıb.

Vatikanın xarici dövlətlərlə əlaqələr üzrə katibi, arxiyepiskop Paul Richard Gallagherin başçılıq etdiyi nümayəndə heyəti fevralın 9-dan Azərbaycandadır. Səfərin fevralın 12-nə kimi davam edəcəyi bildirilir.

Bu səfər çərçivəsində O, xarici işlər naziri Elmar Məmmədyarov və başqa rəsmi şəxslərlə də görüşməlidir. Onun Fəxri Xiyabanda, Şəhidlər Xiyabanında, Müqəddəs Məryəm Katolik kilsəsində və Təzəpir Məscidində olacağı da gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG