Keçid linkləri

Təcili xəbərlər
2018, 24 May, Cümə axşamı, Bakı vaxtı 21:27

Hökumət bundan sonra çəltikçiliyi dəstəkləyəcək. Prezident İlham Əliyev bu gün, fevralın 9-da bununla bağlı sərəncam imzalayıb.

Sərəncamla O, “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nı təsdiq edib.

Bunun çəltik istehsalının inkişaf etdirilməsi, əhalinin bu məhsula tələbatının ödənilməsi, emal müəssisələrinin təminatının yaxşılaşdırılması, kənd əhalisinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi məqsədi daşıdığı bildirilir.

Buna da bax:​ Prezident sitrus meyvələri, çay və çəltik istehsalına diqqəti artırır

Sənədə əsasən, Maliyyə və İqtisadiyyat nazirlikləri bu sahə ilə bağlı dövlət büdcəsinin, dövlət investisiya proqramlarının tərtibi prosesində maliyyə vəsaitinin nəzərdə tutulmasından ötrü zəruri tədbirlər görməlidir.

Kənd Təsərrüfatı Nazirliyi isə tədbirlərin həyata keçirilməsini əlaqələndirməlidir.

Azərbaycanda çəltik əsasən Astara rayonunda yetişdirilir. Bu məhsulu becərənlər bir qayda olaraq lazımı texnikanın və gübrənin olmamasından şikayətlənirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG