Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:33

Məhkəmə rusiyalı atletlərin şikayətinə baxacaq


Matthieu Reeb
Matthieu Reeb

İdman üzrə Arbitrasiya Məhkəməsi (CAS) bəzi rusiyalı atletlərin Qış Olimpiya oyunlarına buraxılmasıyla bağlı qərarını açıqlamalıdır. Qərar yerli vaxtla səhər 11-də, Olimpiya oyunlarının fevralın 9-da keçiriləcək açılış mərasimindən 9 saat öncə açıqlanacaq.

“İnformasiya gəldikcə sizə bilgi veriləcək”, – məhkəmənin baş katibi Matthieu Reeb fevralın 8-də Olimpiya oyunlarının keçiriləcəyi Cənubi Koreyanın Pxençxan şəhərində jurnalistlərə deyib.

SƏRT QAYDALAR

Beynəlxalq Olimpiya Komitəsi dekabrda Rusiyanın Qış Olimpiadasında iştirakını qadağan edib, buna əsas kimi 2014-cü il Soçi oyunlarında Rusiya dövlətinin Olimpiya dopinq sistemiylə “misli görünməmiş həddə sistematik manipulyasiyası” göstərilib.

*** Buna da bax: Koreyalı xokkeyçilər bir-birini anlamaq üçün lüğət tərtib ediblər

Rusiya ittihamları rədd edir.

Amma BOK Rusiyadan 169 atleti oyunlara buraxıb.

Bundan sonra oyunlarına buraxılmayan atletlər arbitrasiya məhkəməsinə şikayətlər göndərdilər.

Rusiyalı atletlər olimpiadada sərt qaydalara əməl etməlidirlər, onlar neytral bayraq və “Rusiyadan Olimpiya Atletləri” (OAR) adı altında mübarizə aparacaqlar

28 ATLETİN ŞİKAYƏTİ TƏMİN OLUNUB

CAS artıq 28 atletin şikayətini təmin edib, onlara qarşı yetərincə dəlil olmadığını bildirib. BOK isə yenə də bu idmançıları olimpiadaya dəvət etməkdən imtina edib, sübutların ortada olduğunu deyərək idman məhkəməsini tənqid edib.

BOK prezidenti Thomas Bach fevralın 4-də deyib ki, CAS-ın 28 atletə qadağanı qaldırması “xeyli dərəcədə məyusedici və təəccüblüdür”.

Azı iki rusiyalı məşqçi və 58 atlet BOK-un qərarının ləğv ediləcəyinə ümid bəsləyir.

CAS dopinq istintaqında adı çəkilməyən, yaxud dopinqlə bağlı daha öncə hər hansı pozuntuya yol verməyən, amma yenə də dopinq şübhələri üzündən tədbirə dəvət almayan idmançıların da şikayətlərinə baxır. Onlardan biri də konkisürmə üzrə Olimpiya çempionu Viktor Ahn-dır.

*** Buna da bax: Rusiyalı atletlər Olimpiadada ilk oyunu uduzdular

Şikayətləri təmin olunarsa, BOK bu idmançıları OAR atletləri kimi oyunlara dəvət etməli olacaq. Amma bəziləri təlim keçmədiyinə görə qatılmayacağını deyib.

Rusiya Bobsley Federasiyasının rəhbəri Sergei Parkhomenko deyib ki, komandası Sibirdə təlim keçib və CAS onların şikayətini təmin edərsə, dərhal Cənubi Koreyaya yollanacaqlar.

Məhkəmədən ədalətli və məntiqli qərar gözləyirik”, – o söyləyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG