Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Avqust, şənbə, Bakı vaxtı 18:19

Dağıstanda kütləvi reydlər keçirilir


Abdusamad Gamidov

Dağıstanda kütləvi reydlər,axtarış əməliyyatları keçirilir.

Reydləri Moskvadan gəlmiş müstəntiqlər keçirir.

İnterfaks agentliyinin fevralın 7-də verdiyi məlumata görə, axtarış əməliyyatları daxili işlər, maliyyə, səhiyyə və təhsil nazirlikləri, həmçinin məhkəmə orqanlarında aparılır.

Qeyd edək ki, bu günlərdə Respublikada yol-patrul xidmətinin bütün heyəti dəyişdirilib.

Onların yerinə Rusiyanın digər regionlarından olan polislər və qvardiyaçılar qoyulub.

Respublikada yüksək vəzifəli şəxslərin Dağıstandan çıxmaları qadağan edilib.

Qeyd edək ki, bundan iki gün əvvəl baş nazir əvəzi Abdusamad Gamidov həmçinin onun müavinləri Shamil Isayev və Rayudin Yusufov da daxil olmaqla bir neçə hökumət rəsimi korrupsiya ittihamı ilə saxlanıblar.

Bu arada Tatarıstanın iqtisadiyyat naziri Artem Zdunov Dağıstana baş nazir təyin edilib.

Fevralın 7-də ölkə parlamentində keçirilən səsvermədə 68 deputat onun namizədliyinin leyhinə, 5 nəfərsə əleyhinə səs verib.

Onun namizədliyini respublika rəhbəri Vladimir Vasilev irəli sürüb.

Qeyd edək ki, Vasilev hakim “Vahid Rusiya” partiyası fraksiyasının keçmiş rəhbəridir.

O, 2017-ci ilin payızında Dağıstana rəhbər təyin edilib.

Təyin edildikdən sonra respublikada Moskvadan olan müstəntiqlərin iştirakı ilə yoxlama aparılacağını vəd etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG