Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Oktyabr, çərşənbə, Bakı vaxtı 15:15

Nazirlik aprelin 11-ni qeyri-iş günü elan edib


Arxiv fotosu

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin kollegiyası “2018-ci il üçün iş vaxtının norması”na və “2018-ci ilin istehsalat təqvimi”nə dəyişikliklər edib.

Nazirliyin məlumatına görə, bu növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı dövlət başçısının sərəncamına və Mərkəzi Seçki Komissiyasının (MSK) qərarına söykənir.

Beləliklə aprelin 11-i Azərbaycanda prezident seçkiləri keçiriləcəyindən qeyri iş- günü siyahısına daxil edilib.

Bundan ötrü, “2018-ci ilin istehsalat təqvimi”nə də uyğun əlavələr edilib.

Buna da bax: 'Növbəsiz seçkinin səbəbləri...'

Əmək Məcəlləsinə görə, Azərbaycanda seçkilər və referendum zamanı səsvermə günü iş günü hesab edilmir.

Seçki qanunvericiliyinin də belə tələbi var.

Xatırlatma

Fevralın 5-də dövlət başçısı İlham Əliyev növbədənkənar prezident seçkisinin elan edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama görə, Mərkəzi Seçki Komissiyası növbədənkənar prezident seçkisinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir.

Fevralın 6-da isə MSK növbədənkənar prezident seçkisinin aprelin 11-də keçirilməsi ilə bağlı qərar verib.

Azərbaycanda bu sərəncama qədər prezident seçkisinin, qanunvericiliyə uyğun olaraq, bu ilin oktyabrında keçirilməsi nəzərdə tutulurdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG