Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:05

Tatarıstanın iqtisadiyyat naziri Dağıstana baş nazir təyin edildi


Artyom Zdunov

Tatarıstanın iqtisadiyyat naziri Artem Zdunov Dağıstanın baş naziri təyin edilib.

Tatar-inform.ru saytının məlumatına görə,bu barədə qərar fevralın 7-də ölkə parlamentində qəbul edilib.

68 deputat onun namizədliyinin leyhinə, 5 nəfərsə əleyhinə səs verib.

Onun namizədliyini respublika rəhbəri Vladimir Vasilev irəli sürüb.

Artem Zdunov əslən Kazandandır, Kazan iqtisadiyyat institutunu bitirib.

Elmlər Akademiyasının maliyyə-iqtisadi tədqiqatlar mərkəzində çalışıb.

2010-cu ildə Tatarıstan iqtisadiyyat nazirinin müavini vəsifəsinə təyin edilib.

2014-cü ildən isə Tatarıstanın iqtisadiyyat naziri idi.

İqtisadi elmlər namizədidir. Evlidir, oğlu və qızı var.

Qeyd edək ki, bundan iki gün əvvəl baş nazir əvəzi Abdusamad Gamidov həmçinin onun müavinləri Shamil Isayev və Rayudin Yusufov da daxil olmaqla bir neçə hökumət rəsimi korrupsiya ittihamı ilə saxlanıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG