Keçid linkləri

Təcili xəbərlər
2018, 19 İyul, Cümə axşamı, Bakı vaxtı 04:11

Dövlət İmtahan Mərkəzi (DİM) 2018-2019-cu tədris ilində ali və orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanlarının qrafikini açıqlayıb.

DİM mətbuat xidmətinin məlumatına görə, imtahanların birinci mərhələsi yazda olacaq. İmtahanlar 2-ci, 3-cü ixtisas qrupları üzrə mayın 13-də, 1-ci və 4-cü ixtisas qruplarına isə mayın 20-də təşkil olunacaq.

İmtahanların ikinci mərhələsi də yayda - 1-ci, 4-cü ixtisas qrupları üzrə iyulun 18-də, 2-ci və 3-cü ixtisas qruplarına isə iyulun 26-da olacaq. V ixtisas qrupuna imtahanlar iyulun 10-da keçiriləcək.

Sənədlərin qəbuluna martın 29-da başlanacaq. Dövlət İmtahan Mərkəzinin saytı üzərindən keçirilməli olan elektron qəbul aprelin 30-dək davam edəcək.

Builki məzunlara qəbul imtahanları pulsuz olacaq. Əvvəlki illərin məzunlarından ötrü isə pullu olacağı vurğulanır. İmtahanlarda iştirakdan ötrü ödənişin məbləği 20 manatdır.

DİM ali məktəblərin və AMEA-nın magistraturasına, Tibb Universitetinin rezidenturasına qəbul imtahanlarının vaxtını da açıqlayıb. İmtahanların birinci mərhələsi fevralın 25-də, ikinci mərhələ iyunun 3-də olacaq. Rezidenturaya qəbul imtahanı aprelin 1-də və iyulun 8-də keçiriləcək.

Bakıda, ölkə regionlarında orta məktəblərdə buraxılış imtahanlarına gəlincə, ümumi orta təhsil bazası (IX sinif) üzrə imtahanların birinci mərhələsi bu il martın 4-nə, 11-nə, 18-nə, ikinci mərhələsi iyunun 21-i, 27-si və iyulun 3-nə planlaşdırılıb. Həmin günlərdə XI sinif şagirdlərinin buraxılış imtahanları da olacaq.

Azərbaycanda bəzi imtahanlar ötən ildən ödənişlidir.

Ödənişlər 10 manatdan 110 manata kimi dəyişir.

Günün bütün mövzuları

XS
SM
MD
LG