Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Aprel, şənbə, Bakı vaxtı 04:05

Donald Trump Pentaqona hərbi parad keçirməyi təklif edib


Donald Trump

ABŞ prezidenti Donald Trump, ABŞ-ın hərbi gücünü nümayiş etdirmək üçün Pentaqona 2018-ci ildəböyük hərbi parad təşkil etməyi təklif edib.

Azadlıq Radiosu bildirir ki, bu plan barədə ilk dəfə fevralın 6-da “Washington Post” qəzeti yazıb, az sonra isə xəbəri Ağ evin sözçüsü Sarah Sanders-də təsdiqləyib.

O deyib ki, prezident istəyir ki, qoy amerikalıların bu bayramnla ölkəni qoruyan ABŞ hərbçilərinə təşəkkür etmək imkanları olsun.

Məlumata görə Trump bu təklifi yanvarın 18-də ali hərbi məmurlarla görüşdə verib.

Pentaqonun nümayəndəsi Charli Sammers hərbçilərin bu xahişdən xəbərdaqr olduqlarını və hazırda mümkün variantlara baxdıqlarını bildirib.

Demokratlar bu planı Çin və Şimali Koreya kimi avtoritar rejimlər tərəfindən təşkil edilən tədbir kimi qarşılayıblar.

Qeyd edək ki, adətən ABŞ-da hərbi parad keçirilmir.

Birləşmiş Ştatlarda sonuncu dəfə belə bir parad 1991-ci ildə-ABŞ hərbçiləri Fars körfəzində 1-ci İraq müharibəsindən dönəndə keçirilib.

Bu parad ölkəyə 8 milyon dollara başa gəlib, növbəti il isə Nyu-Yorkda daha böyük bayram keçirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG