Keçid linkləri

Təcili xəbərlər
2018, 13 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:40

Elektrik stansiyaları özəlləşdirilə bilər


Yevlaxda Varvara Su Elektrik Stansiyası

«Azərbaycanda elektrik enerjisi sektorunun liberallaşdırılması məqsədi ilə elektrik stansiyalarının özəlləşdirilməsi nəzərdən keçirilir».

Bu, Əmlak Məsələləri Dövlət Komitəsinin açıqlamasında yer alır.

Açıqlamada bildirir ki, bu məqsədlə Komitədə energetika, iqtisadiyyat nazirlikləri və «Azərenerji» Açıq Səhmdar Cəmiyyətinin təmsilçilərinin iştirakı ilə işçi qrup fəaliyyət göstərir.

«İşçi qrup ilkin mərhələdə mövcud elektrik stansiyalarında elektrik enerjisinin istehsalının vəziyyətini öyrənir, stansiyaların səmərəlilik göstəriciləri və faktiki gücləri təhlil olunur»,-məlumatda vurğulanır.

Komitə bildirir ki, bununla yanaşı, ortamüddətli dövrdə dövlət mülkiyyətində saxlanılmalı olacaq strateji əhəmiyyətə malik stansiyaların siyahısı dəqiqləşdirilir.

Məlumatda habelə vurğulanır ki, enerji sektorunda özəlləşdirilmə prosesi vasitəsilə səmərəliliyin artırılması və uğurlu nəticələrin əldə edilməsindən ötrü beynəlxalq qurumlarla müzakirələr aparılır:

«Elektrik enerjisi sektorunda özəl şirkətlərin səmərəli iştirakını təmin etmək məqsədi ilə beynəlxalq təcrübəyə xüsusi əhəmiyyət verilir, qabaqcıl ölkələrin praktikası öyrənilir. Hazırda maya dəyəri yüksək olan rentabelsiz stansiyaların özəlləşdirilərək iqtisadi potensialının artırılması ilə bağlı mövcud perspektivlər öyrənilir».

Məlumatda bildirilir ki, elektrik stansiyalarının özəlləşdirilməsi istiqamətində xarici ekspertlərin rəyi nəzərə alınmaqla hazırlanacaq yekun təkliflərin hökumətə təqdim olunması planlaşdırılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG