Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 06:38

Azərbaycan-Almaniya siyasi məsləhətləşmələri


Xələf Xələfov

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov fevralın 6-da ikitərəfli siyasi məsləhətləşmələr məqsədilə Almaniya Federativ Respublikasına səfər edib.

Xəbəri Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) yayıb.

Nazir müavini ikitərəfli siyasi məsləhətləşmələrin davamı olaraq Almaniya XİN-in Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi tapşırıqlar üzrə səfiri Andreas Peşkenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Xəbərə görə, X.Xələfov iki ölkə arasında yüksəksəviyyəli siyasi dialoqun münasibətlərin inkişafına xüsusi töhfə verdiyini vurğulayıb.

Habelə, əməkdaşlığın indiki vəziyyətindən məmnunluq ifadə edilib, perspektivlər barədə fikir mübadiləsi aparılıb.

Verilən məlumata görə, hər iki tərəf ikitərəfli yüksəksəviyyəli səfərlərin həyata keçirilməsinin vacibliyini qeyd ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG