Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:42

Saakashvili-yə komendant saatı uzadılmayacaq


Saakashvili-nin Kiyevdə fevralın 4-də keçirdiyi etiraz aksiyası
Saakashvili-nin Kiyevdə fevralın 4-də keçirdiyi etiraz aksiyası

Ukrayna baş prokuroru deyir ki, müxalifət lideri Mikhail Saakashvili-yə gecələr tətbiq olunan komendant saatının vaxtının uzadılmasına çalışmayacaq.

Saakashvili axır ki dindirilməyə gəlir və ona məhdudlaşdırıcı tədbirin müddəti bitəndə onu təzələməyəcəyik. O, çağırışı alınca gəlir. Ona görə də, fikrimcə, ona əlavə yük lazım deyil”, – baş prokuror Yuriy Lutsenko fevralın 6-da TSN.ua portalına deyib.

KOMENDANT SAATININ MÜDDƏTİ BU GÜN BİTİR

Bu bəyanat daha sonra Lutsenko-nun sözçüsü tərəfindən Facebook-da yayılıb.

*** Buna da bax: Məhkəmə Saakaşviliyə ‘kommendant saatı’ qoydu (VIDEO)

Yanvarın 26-da Kiyev Şəhər Apellyasiya Məhkəməsi Gürcüstanın keçmiş prezidenti və Ukraynanın Odessa regionunun keçmiş qubernatorunun gecələr ev dustağı edilməsinə dair qərar çıxarıb. Axşam 10-dan səhər 7-dək tətbiq olunan qərarın müddəti fevralın 7-də bitir. Saakashvili-nin məhkəmənin, yaxud prokurorluğun icazəsi olmadan Kiyevdən çıxması da yasaqlanıb.

Ukrayna hakimiyyəti Saakashvili-ni ölkənin keçmiş prezidenti Viktor Yanukovych rəhbərlik etdiyi iddia olunan “kriminal qrup”la əməkdaşlıqda suçlayır. Yanukovych 2014-cü ilin fevralında prezidentlikdən devrilincə Rusiyaya qaçıb.

Hakimiyyət onu da iddia edir ki, Saakashvili-nin rəhbərliyi ilə keçirilən etirazlar Rusiyanın planının bir hissəsidir.

Saakashvili ittihamları qətiyyətlə rədd edib.

XATIRLATMA

Saakashvili 2004-2013-cü illərdə Gürcüstanın prezidenti olub.

O, 2015-ci ildə Ukrayna vətəndaşlığını qəbul edib və Ukrayna prezidenti Petro Poroshenko-nun xahişiylə Odessanın qubernatoru olub.

*** Buna da bax: Saakashvili yenidən Kiyevin mərkəzində etiraz aksiyasına çıxdı

2016-cı ilin noyabrında hakimiyyəti korrupsiyada günahlandıraraq bu vəzifədən istefa verib. O vaxtdan Poroshenko-nun rəqibinə çevrilib.

50 yaşlı siyasətçiyə Gürcüstanda da cinayət işləri açılıb. Yanvarın 5-də Tbilisi məhkəməsi onu hakimiyyətdən sui-istifadədə təqsirli bilərək 3 illik həbsə məhkum edib.

Saakashvili ittihamları rədd edir, onları siyasi motivli sayır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG