Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 14:25

Namazi-ni həbsxanaya qaytarıblar


Baquer Namazi (solda) oğlu Siamak Namazi ilə

İranda həbs olunmuş amerikalı Baquer Namazi həbsxanaya qaytarılıb. O, sağlıq durumuyla əlaqədar bir neçə günlüyə buraxılmışdı.

Vəkili Jared Genser bəyanatında deyib ki, 81 yaşlı Namazi-nin hökumətin öz həkiminin məsləhətinə baxmayaraq, Tehranın Evin həbsxanasına qaytarılması “ölüm cəzasına bərabərdir”.

Namazi həbsxanada əməliyyat olunub və Genser onun səhhətinə görə həmişəlik azad olunmasını istəyirdi.

ABŞ Dövlət Departamenti Namazi-nin dörd günlük buraxılandan sonra həbsxanaya qaytarılmasından “son dərəcə məyus” olduğunu dilə gətirib.

Onun səhhətinin pisləşməsi bizi narahat edir. Bilirik ki, ona daimi tibbi müalicə lazımdır. Həbsxanaya qaytarılmaslndan çox məyusuq. Onun səhhəti sarıdan narahatıq”, – Dövlət Departamentinin sözçüsü Heather Nauert deyib.

Sözçü Namazi-nin qeyd-şərtsiz buraxılmasına çağırıb.

Namazi casusluq, ABŞ hökumətiylə əməkdaşlıq ittihamlarıyla 10 illik həbsə məhkum edilib. Özü ittihamları rədd edir.

İranda ikili vətəndaşlığı olan bir neçə şəxs hazırda həbsdədir.

Təhlilçilərin fikrincə, İran Namazi-ni və digərlərini Qərblə gələcək danışıqlarda alver predmeti kimi istifadə etmək üçün azadlığa buraxmır.

Günün bütün mövzuları

XS
SM
MD
LG