Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 08:21

Azərbaycan-Çin biznes forumu keçirilib


Çin bayrağı

Bu gün, fevralın 6-sı Pekində Azərbaycan-Çin biznes forumu keçirilib. Tədbir iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyətinin Çin-ə səfəri çərçivəsində baş tutub.

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti xəbər verir ki, tədbir Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Çin Kommersiya Nazirliyinin təşkilatçılığı ilə düzənlənib.

Biznes-forumda sənaye, tikinti, nəqliyyat, logistika, investisiya, kimya, tekstil və başqa sahələrdə fəaliyyət göstərən iş adamlarının iştirak etdiyi bildirilir.

Tədbirdə çıxış edən Ş.Mustafayev Azərbaycanın Çinlə əlaqələrin inkişafına xüsusi əhəmiyyət verdiyini, əməkdaşlığın bütün sahələrdə genişlənməsində maraqlı olduğunu vurğulayıb.

“2017-cı ildə Azərbaycanın Çinlə ticarət dövriyyəsi 43 faiz artaraq 1,2 mlrd. dollar təşkil edib. Bu ölkəyə ixrac 2,1 dəfə artıb”, – nazir bildirib.

Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam etdirilib.

Tədbir çərçivəsində Azərbaycan və Çin şirkətləri arasında əməkdaşlıq memorandumunun imzalandığı bildirilir.

Dünən fevralın 5-də isə Çinin paytaxtı Pekin şəhərində Azərbaycan Ticarət Nümayəndəliyinin ofisi açılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG