Keçid linkləri

Təcili xəbərlər
2018, 22 May, çərşənbə axşamı, Bakı vaxtı 00:55

Kreml deyir, Rusiya raketlərini hara yerləşdirməyi özü bilər


Iskander raket sistemi

Kremlin sözçüsü Dmitry Peskov deyir ki, Rusiyanın öz ərazisində hərbi resurslarını istədiyi yerə yerləşdirmək hüququ var. Daha öncə yayılmış məlumatlara görə, Rusiya Kalininqrad Qara Dəniz eksklavında nüvə qabiliyyətli Iskander raketlərini yerləşdirib.

Peskov fevralın 6-da danışıb. Bir gün öncə Litva prezidenti Dalia Grybauskaite elan edib ki, Rusiya yaxınmənzilli “Iskander raketlərini Kalininqrada yerləşdirilməkdədir”.

Litvanın mərkəzindəki Rukla şəhərində NATO əsgərlərinə baş çəkəndən sonra çıxış edən Grybauskaite deyib ki, raketlərin bu cür yerləşdirilməsi təkcə Litvaya deyil, “Avropa ölkələrinin yarısına” təhdiddir.

DEPUTAT DA XƏBƏRİ TƏSDİQLƏYİB

Rusiya Dövlət Dumasının müdafiə komitəsinin rəhbəri Vladimir Shamanov fevralın 5-də Rusiya xəbər agentliklərinə raketlərin yerləşdirilməsini təsdiqləyib.

*** Buna da bax: NATO Moskvanı ‘Qorbaçovun imzaladığı müqaviləni’ pozmaqda ittiham edir

Peskovsa fevralın 6-da deyib ki, “bir, yaxud digər silahın yerləşdirilməsi, Rusiya ərazisində hərbi birləşmələrin yerləşdirilməsi Rusiya Federasiyasının suveren hüququdur”.

Bu, heç kəsi narahat etməməlidir”, – o vurğulayıb.

Pentaqon Rusiyanın öz ərazisində ortamənzilli raketlərin yerləşdirilməsini Ortamənzilli Nüvə Qüvvələri Sazişinin “ruhunun və niyyətinin” pozulması hesab edirdi.

ABŞ hərbi rəsmilərinin sözlərinə görə, onlar Rusiyanın NATO ölkələrini hədələməkdən ötrü belə yerləşdirmə apardığına inanırlar.

NATO baş katibinin müavini Rose Gottemoeller deyib ki, Kalininqrad söhbəti doğrudursa, “çox ciddi məsələdir”.

Iskander raketləri adi, yaxud nüvə başlığı daşıya, 500 kilometrədək məsafəni vura bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG