Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Aprel, şənbə, Bakı vaxtı 20:57

ABŞ İraqda hərbçi sayını azaltmağa başlayır


İraq, arxiv fotosu

İraq hakimiyyəti İslam Dövləti (İŞİD) ekstremist qrupu üzərində “qələbə” çalındığını elan edəndən sonra ABŞ bu ölkədə qüvvələrini azaltmağa başlayıb. Bunu İraq hökumətinin sözçüsü fevralın 5-də deyib.

Saad al-Hadithi-nin sözlərinə görə, İŞİD-lə mübarizə bitib və “Amerikanın iştirakının səviyyəsi azaldılacaq”.

Hadithi bu ixtisarın hələ erkən mərhələdə olduğunu, ABŞ qüvvələrinin tam geri çəkilməsinin göstəricisi olmadığını qeyd edib. Ancaq bu arada İraqdakı ABŞ koalisiyası bazasındakı qərb podratçılarına istinadla yayılmış məlumatlara görə, ABŞ əsgərləri artıq ölkədən çıxmağa başlayıblar.

Həmin məlumatlarda ABŞ əsgərlərinin, silah və avadanlığının İraqdan Əfqanıstana daşındığı iddia olunurdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG