Keçid linkləri

Təcili xəbərlər
2018, 13 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:09

Yasamala yeni başçı gəldi


Arxiv fotosu

Bu gün, fevralın 2-də prezident İlham Əliyev Yasamal Rayon İcra Hakimiyyətinin uzun müddətdən bəri boş qalan başçı postuna təyinat edib.

Sərəncama əsasən, Əziz İmran oğlu Əzizov Yasamal rayonunun icra başçısı təyin edilib.

54 yaşlı Ə.Əzizov bundan öncə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı olub.

“Turan” agentliyinin xəbərinə görə, Ə.Əzizov Yeni Azərbaycan Partiyasının üzvüdür. Azərbaycan Neft və Kimya İnstitutunu bitirib.

Ə.Əzizovun adı həm də Azel.tv ictimai-siyasi saytının redaktoru Əfqan Sadıqovun işi ilə bağlı keçir. Xuliqanlıq ittihamı ilə 2,5 il müddətinə azadlıqdan məhrum edilən jurnalistin həbsinə gətirib çıxaran insidentin Cəlilabad rayon İcra Hakimiyyətində baş verdiyi bildirilir. Başçısının qəbul otağından çıxarkən jurnalistin bir qadına xəsarət yetirdiyi iddia olunur. Jurnalist isə bunu tənqidi yazılarına cavab olaraq qurama iş adlandırıb.

Buna da bax: Cəlilabadın icra başçısının jurnalistlə məhkəməsi başlayıb

Bundan əlavə, Ə.Əzizov həbsdəki Ə.Sadıqova qarşı xüsusi ittiham qaydasında iddia da irəli sürüb. Böhtanda ittiham edilən jurnalisti yeni cəza gözləyir. Hazırda həmin məhkəmə prosesi davam edir. İcra başçısı hesab edir ki, jurnalist rayondan bəhs edən yazılarında ona böhtan atıb.

Yasamal rayon icra başçısı postu isə 2017-ci ilin iyulundan vakant qalırdı. Prezident İ.Əliyev bu rayonun əvvəlki başçısı İbrahim Mehdiyevi ötən il işdən çıxarmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG