Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 00:42

Əhali müayinə ediləcək


Azərbaycanın səhiyyə sistemindən razısınızmı? [video-sorğu]
Gözlə

No media source currently available

0:00 0:00:44 0:00

Azərbaycanın səhiyyə sistemindən razısınızmı? [video-sorğu]

Səhiyyə nazirinin müavini Nigar Əliyeva «Azərbaycan Respublikası əhalisinin tibbi müayinələrdən keçirilməsi barədə» bu il yanvarın 30-da sərəncam imzalayıb.

Bu xəbəri bu gün, fevralın 2-də Səhiyyə Nazirliyi yayıb.

Sənəddə görə, bu il fevralın 12-dən mayın 12-dək ölkə əhalisinin tibbi müayinələrdən keçirilməsi təşkil ediləcək:

«Respublikanın şəhər və rayonlarının tibb müəssisələrinin rəhbərlərinə əhalinin tibbi müayinələrdən keçirilməsinin icrasını şəxsi nəzarətə götürmək tapşırılır».

Sərəncamda vurğulanır ki, xəstəlik aşkar edilmiş şəxslərin yerlərdə, zərurət yarandığı hallarda isə Bakı şəhərində ixtisaslaşdırılmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb olunması nəzərdə tutulur.

Xatırlatma

Azərbaycanda bu prosesə 2014-cü ildən başlanıb. Bununla bağlı prezidentin göstəriş verdiyi deyilir.

Ölkə rəsmilərinin dilindən də tez-tez əhalinin pulsuz müayinə edildiyi ilə bağlı açıqlamalar eşidilir. Bəzi ekspertlər deyirlər ki, əgər ölkədə səhiyyə xidməti rəsmən pulsuzdursa, bu açıqlamalar başa düşülmür.

Ancaq Azərbaycanda, bir qayda olaraq, dövlət tibb müəssisələrində rüşvətxorluqla bağlı şikayətlər də eşidilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG