Keçid linkləri

Təcili xəbərlər
2018, 16 İyul, Bazar ertəsi, Bakı vaxtı 06:36

Fələstin muxtariyyətinin prezidenti Mahmud Abbas BMT Təhlükəsizlik Şurasında çıxış edəcək və ABŞ administrasiyasının Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarına cavab verəcək.

Bu ay şuraya sədrlik edən Küveytin səfiri Mansour al-Otaibi fevralın 1-də deyib ki, onun hökuməti Abbas-ı fevralın 20-də Yaxın Şərqlə bağlı aylıq iclasda çıxış etməyə dəvət edib.

Otaibi-nin sözlərinə görə, Abbas-ın çıxışı şura üzvlərindən ötrü “vacib” və “faydalı” olacaq.

Şuranın heç bir üzvü bu təklifə qarşı çıxmayıb”, – Otaibi deyib.

Dekabrın 6-da ABŞ prezidenti Donald Trump Birləşmiş Ştatların onillər boyunca apardığı siyasətin əksinə gedərək Qüdsü İsrailin paytaxtı kimi tanıyıb və səfirliyin də Təl Əvivdən köçürülməsinə göstəriş verib. Bu, ərəb dünyasını və Vaşinqtonun Qərb müttəfiqlərini dilxor edib, Yaxın Şərqdə sülh cəhdlərin təhlükə yaradıb.

Qüds müsəlman, yəhudi və xristianların müqəddəs məkanlarının yerləşdiyi şəhərdir. İsrail 1967-ci il ərəb-İsrail müharibəsi zamanı Qüdsün şərqini tutub, amma fələstinlilər də bu ərazini gələcək dövlətlərinin paytaxtı kimi görürlər. İsrailin addımı beynəlxalq miqyasda tanınmayıb.

BMT Baş Assambleyası dekabrın 21-də Vaşinqtonun Qüds qərarını rədd edən qətnaməni səsə qoyaraq 128-9 səs çoxluğuyla qəbul edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG