Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Dekabr, bazar, Bakı vaxtı 11:38

Əflatun Amaşov daha çox səlahiyyət istəyir


Əflatun Amaşov

Mətbuat Şurasının sədri Əflatun Amaşov rəhbərlik etdiyi təşkilatın hüquqi statusunun dəyişdirilməsini təklif edir.

Parlamentin yaz sessiyasının fevralın 1-də keçirilən ilk iclasındakı çıxışında o, öz təklifini reket jurnalistikası ilə mübarizənin vacibliyi ilə əsaslandırıb.

«Reket jurnalistlər kimlərdənsə dəstək alırlar. Onların niyyəti qazanc məqsədilə məmurlara, işgüzar adamlara qara yaxmaqdır. Mətbuat Şurası ictimai təşkilat olduğundan biz bəzən lazımi tədbirlər görə bilmirik», - Ə.Amaşov şikayətlənib.

O, «mətbuatın daha yaxşı balanslaşdırılması» məqsədilə Mətbuat Şurasının statusuna yenidən baxılmasını istəyib.

Şura sədri təklif edib ki, bu sahəni tənzimləyən və Mətbuat Şurasının fəaliyyətini təkmilləşdirən ayrıca qanun qəbul edilsin.

Xatırlatma

Mətbuat Şurası 2003-cü ilin martında, ölkə jurnalistlərinin birinci qurultayında 100-dən artıq informasiya vasitəsinin təsisçiliyi ilə yaradılıb. Həmin ilin aprelində Şura Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb.

Mətbuat Şurasının məqsədinin jurnalistlərin öz peşə fəaliyyətlərində qanunvericiliyin tələblərinə, peşə prinsiplərinə əməl etməsinə ictimai nəzarətin həyata keçirilməsi olduğu bildirilir.

Dövlət orqanları, ictimaiyyətlə mətbuat arasında əlaqənin, etimadın möhkəmləndirilməsi, söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaradılması da qurumun məqsədlərindəndir.

Şura həmçinin, media vasitələrinin fəaliyyət sahələrində baş verən münaqişələrin məhkəməyəqədər həlli variantlarının araşdırılmasına da məsul olduğunu bəyan edir.

Mətbuat Şurasının fəaliyyətinə yanaşma birmənalı deyil. Bir çox media ekspertləri, bəzi jurnalistlər qurumun fəaliyyətindən narazılıq edir. Onlar hesab edir ki, qurum fəaliyyətində öz nizamnaməsindən, missiyasından kənara çıxır.

Mətbuat Şurası 8 ildən artıqdır ki, «qara siyahı» hazırlayıb yayır. Həmin siyahıya, adətən, bərəsində şikayət olunan media quruluşlarının adları daxil edilir. Nəşriyyatlar həmin siyahıda adı olan qəzetlərin çapından imtina edir.

Ancaq bəzi ekspertlərin fikrincə, bu təşkilat söz azadlığının müdafiəsində yetərli fəaliyyət göstərə bilmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG