Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 08:26

Bu gün, fevralın 1-dən etibarən Bakı-Sumqayıt dairəvi dəmir yolunun əsaslı təmirinə start verilib.

«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətindən (QSC) bunu qatarların sürətini və intensiv hərəkətini təmin etmək məqsədi ilə izah ediblər. Əsaslı təmir işlərini 5 saylı İDYM MMC kollektivi həyata keçirir.

Ümumi uzunluğu 107 km olan baş yollarda təmir işlərinin sentyabr ayına qədər başa çatdırılması planlaşdırılır. Layihə mərhələli şəkildə həyata keçiriləcək. İlkin mərhələdə Sabunçu-Bakı sərnişin stansiyası istiqamətində 14 km yolun sökülməsi və əsaslı təmiri nəzərdə tutulub.

Bu yolun qoyuluşu başa çatandan sonra Bakı və Bakıətrafı kəndlərin əhalisinin - dəmir yolundan istifadə etməklə - nəqliyyat probleminin qismən də olsa, aradan qaldırılacağı bildirilir.

Bakı, 8-ci km qəsəbəsi, Sabunçu, Zabrat, Pirşağı, Kürdəxanı, Goradil, Saray və Sumqayıt əhalisi elektrik qatarlarının xidmətindən istifadə edə biləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG