Keçid linkləri

Təcili xəbərlər
2018, 16 İyul, Bazar ertəsi, Bakı vaxtı 01:04

Senatorlar Rusiyaya sanksiyalarla bağlı qərarı pisləyirlər


Senator Ben Cardin

ABŞ senatorları prezident Donald Trump-ı Rusiyaya yeni sanksiyalar qoymadığı üçün tənqid edib. Yanvarın 30-da administrasiya 210 Rusiya rəsmisi, milyarderinin siyahısını açıqlayıb, onların potensial cəza hədəfləri olduğu bildirilir.

Demokratlardan senator, senatın xarici əlaqələr komitəsinin aparıcı üzvü Ben Cardin və daha 19 demokrat senator yanvarın 30-da dövlət katibi Rex Tillerson-a məktub göndərərək yeni sanksiyaların qoyulmamasını “qəbuledilməz” adlandırıblar.

ABŞ hakimiyyəti “oliqarxlar siyahısı”nda olanların prezident Vladimir Putinlə əlaqələr hesabına sərvət və hakimiyyətə yiyələndiklərini bildirib.

Administrasiya Konqresə indiki məqamda Rusiyaya yeni sanksiyaların qoyulmayacağını bildirmişdi. Amma maliyyə naziri Steven Mnuchin yanvarın 30-da deyib ki, “yaxın gələcəkdə əlavə sanksiyalar görəcəksiniz”.

Onun sözlərinə görə, bu sanksiyalar “gələn bir neçə ay, yaxud bir ay ərzində” açıqlana bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG