Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Oktyabr, çərşənbə, Bakı vaxtı 10:56

10 talassemiya xəstəsinə sümük iliyi köçürüləcək


Talassemiya

«Hazırda Azərbaycanda 1 milyondan çox talassemiya daşıyıcısı var. Məhz daşıyıcıların ailə qurması ilə bağlı talassemiya xəstələrinin sayında son illərə qədər artım müşahidə olunub».

«Report»un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Talassemiya Mərkəzinin direktoru Valeh Hüseynov deyib. Amma o vurğulayıb ki, daşıyıcılar xəstə deyil. Onun bildirməsinə görə, hazırda ölkədə 3 min 600-dən çox irsi qan xəstəsi qeydiyyatdadır. Onların 3 mindən çoxu talassemiya xəstələridir:

«Nikaha daxil olmaq istəyən şəxslərin müayinəsi nəticəsində daşıyıcı körpələrin doğulması halları azalıb».

V.Hüseynov deyib ki, bu sahədə əldə olunan nailiyyətlər nəticəsində talassemiyalı xəstələrin ömrü uzanır:

«Hazırda xəstələrin böyük əksəriyyəti 20 yaşdan yuxarı hesab olunurlar. Yeni doğulanlar da daxil olmaqla, hazırda mərkəzdə 18 yaşa qədər qeydiyyatda olan təxminən 1000-ə yaxın xəstə var».

Mərkəzin direktoru əlavə edib ki, bu xəstəlik ölkənin bütün bölgələrində yayılıb:

«2013-cü ildən bu günə qədər mərkəzdə 55 xəstə üzərində sümük iliyinin transplantasiyası əməliyyatı icra olunub. Onların əksəriyyəti irsi qan və talassemiyalı xəstələr olub. Təxminən 43-45 nəfəri məhz talassemiya xəstələri idi. Bu ilin sonuna 10 talassemiya xəstənin əməliyyat olunması və onlara sümük iliyi köçürülməsi planlaşdırılır».

Günün bütün mövzuları

XS
SM
MD
LG