Keçid linkləri

Təcili xəbərlər
2018, 24 May, Cümə axşamı, Bakı vaxtı 08:08

Dünən, yanvarın 29-u «Xəzər dənizindəki «Azəri-Çıraq-Günəşli» yataqlarının birgə işlənməsi layihəsi üzrə növbəti mərhələdə ilk bonus Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) ödənilib.

Bu haqda Fondun press-relizində bildirilir.

Ödəniş ADNF ilə xarici hasilat şirkətləri arasında yataqların birgə işlənməsi üzrə yeni sazişə uyğun olaraq həyata keçirilib.

ADNF-nin məlumatına görə, bonusun məbləği 450 mln. dollardır.

Saziş çərçivəsində 8 il ərzində xarici sərmayəçilər ADNF-ə ümumilikdə 3.6 mlrd. dollar həcmində bonus ödəməlidirlər.

AÇG bloku üzrə ilk saziş 1994-cü il sentyabrın 20-də imzalanmışdı. AÇG Bakıdan şərqdə, təxminən 100 km məsafədə yerləşən yataqdır. O, Xəzər dənizində istismarda olan ən böyük neft yataqları blokudur və 432 kvadrat kilometrdən çox ərazini əhatə edir.

Layihə iştirakçıları BP (35.78 faiz), «Chevron» (11.27 faiz), «ExxonMobil» (8 faiz), ONGC (2.72 faiz), SOCAR (11.65 faiz) şirkətləridir. Yataqda, habelə «Inpex Corp», «ITOCHU Oil», «Statoil» və TPAO şirkətlərinin də payı var.

Ötən il sentyabrın 14-də AÇG-nin işlənməsi üzrə Hasilatın Pay Bölgüsünün yenidən tərtib olunan sazişi (PSA) imzalanıb.

Hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişə əsasən, BP layihənin yenə operatoru olacaq.

Sazişin bir hissəsi kimi SOCAR-ın AÇG-dəki iştirak payı 11.65 faizdən 25 faizə qaldırılacaq. Beynəlxalq tərəfdaş şirkətlər Azərbaycan Dövlət Neft Fonduna 3.6 mlrd. dollar bonus ödəyəcəklər. Növbəti 32 il müddətində AÇG-yə 40 mlrd.-dan artıq sərmayə qoyulması potensialı var.

Sazişdə yeni bölgü belədir: BP – 30.37, AzACG (SOCAR) - 25, «Chevron» - 9.57, «Inpex» - 9.31, «Statoil» - 7.27, «ExxonMobil» - 6.79, TPAO – 5.73, «Itochu» - 3.65 və «ONGC Videsh Limited (OVL)» - 2.31 faiz.

Azərbaycanın indiyə kimi bu blokun istismarından 130 milyard dollardan çox vəsait əldə etdiyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG