Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Fevral, Bazar ertəsi, Bakı vaxtı 06:29

Makedoniya adıyla bağlı “irəliləyiş” mümkündür


Farhan Haq

BMT bildirir ki, Makedoniya adıyla bağlı Afina və Skopye arasında 26 ildir davam edən mübahisənin həlli üzrə irəliləyiş mümkündür.

BMT sözçüsünün müavini Farhan Haq yanvarın 29-da jurnalistlərə deyib ki, qurumun vasitəçilik etdiyi danışıqlarda “bəzi müsbət təkanlar yaranıb” və “iki ölkə rəhbərliyinin və xalqlarının düzgün kompromis ruhuyla” həll yolu tapıla bilər.

BMT-nin məsələ üzrə elçisi Matthew Nimetz yanvarın 30-da Yunanıstanda mübahisənin həlli üzrə ikigünlük danışıqlara başlayacaq.

O, daha sonra Skopyedə rəsmilərlə görüşə gedəcək.

Yunanıstanın Makedoniya 1991-ci ildə müstəqillik qazanandan bu adın istifadəsinə qarşı çıxaraq onun Avropa Birliyi və NATO-ya qoşulmasını əngəlləyir.

Afina bildirir ki, Makedoniya adından istifadə Skopyenin Yunanıstanın şimalındakı Makedoniya regionuna ərazi iddiasını ortaya qoyur.

Hər iki ölkə rəsmiləri mübahisəni bu il həll etmək istədiklərini bildiriblər, müzakirələri intensivləşdirməyə razılaşıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG