Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Sentyabr, Cümə, Bakı vaxtı 07:38

Saakashvili Ukrayna vətəndaşlığının bərpasını istəyir


Mikheil Saakashvili məhkəmədə, arxiv fotosu

Müxalif siyasətçi Mikheil Saakashvili yanvarın 29-da Ukrayna vətəndaşlığının bərpası üçün Ukrayna Ali Məhkəməsində olub. Onun vətəndaşlığını prezident Petro Poroshenko ötən il ləğv edib.

Saakashvili-nin tərəfdarları “Ar olsun! Ar olsun! İmpiçment! İmpiçment” şüarlarını səsləndiriblər. Belə ki, Gürcüstanın keçmiş prezidentinin Poroshenko-nu ifadə verməyə dəvət etməklə bağlı vəsatəti təmin olunmayıb.

Məhkəmə fevralın 16-na ertələnib.

Ukraynanın Odessa regionunun keçmiş qubernatoru olan Saakashvili vətəndaşlığının ləğviylə bağlı Poroshenko-nun qərarının qanunsuz sayılmasını istəyir. O, həmin addımın beynəlxalq konvensiyaları və Ukrayna qanunvericiliyini pozduğunu bildirir.

2004-2013-c illərdə Gürcüstanın prezidenti olmuş Saakashvili gürcü vətəndaşlığını Poroshenko-nun dəvətini qəbul edərək Odessa qubernatoru postuna keçərkən itirib.

O, 2016-cı ildə hökuməti onun korrupsiyayla mübarizə cəhdlərini önləməkdə suçlayaraq istefa verdi, prezidentin tənqidçisinə çevrildi.

Hazırda Ukrayna hakimiyyəti Saakashvili-ni keçmiş prezident Victor Yanukovych-in rəhbərlik etdiyi iddia olunan “kriminal qrup”la əməkdaşlıqda suçlayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG